Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Baxılıb: 839     Tarix: 12-09-2026 16:11   

Bölgədəki güc balansını dəyişdirən "Terrorsuz Türkiyə" və "Terrorsuz bölgə" prosesi qətiyyətlə və uğurla irəliləməkdə davam edir. Təhlükəsizlik mənbələrindən əldə edilən məlumatlara əsasən, Suriyada SDG-nin ləğvindən sonra İraqda da tarixi bir proses başlayıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, terror yuvasına çevrilməsi hədəflənən Sincar bölgəsi PKK-dan təmizlənir və İraqda mərkəzi hökumətin nəzarətinə keçir.

Məsələ ilə bağlı İraqın Baş naziri Əli əz-Zeydi də açıqlama verib.

O qeyd edib ki, PKK silahlarını dövlətə təhvil verəcək, Sincar dağı və oradakı bütün təşkilat üzvləri administrasiyanın səlahiyyətinə keçəcək.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar