Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Tramp: Biz bu ehtiyatları çox sürətlə bərpa edirik

Baxılıb: 997     Tarix: 14-09-2026 09:18   

“ABŞ Ukraynaya “Patriot” zenit-raket kompleksləri üçün köhnə nəsil raketlərin istehsalına dair lisenziya vermək imkanını müzakirə edir”.

Qanunvehedef.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

O, ABŞ-nin müəyyən silah növləri üzrə böyük ehtiyatlara malik olduğunu qeyd edib.

“Bizim böyük silah ehtiyatlarımız var. Bəziləri demək olar ki, tükənməz miqdardadır. Söhbət ən yüksəksəviyyəli sursatlardan gedəndə isə onların böyük hissəsi Ukraynaya verilib. Lakin biz bu ehtiyatları çox sürətlə bərpa edirik”, - Tramp deyib.

ABŞ dövlət katibi Marko Rubio isə daha əvvəl bildirmişdi ki, Ukrayna hətta ABŞ-dən müvafiq lisenziyanı alsa belə, “Patriot” sistemlərinin istehsalı üçün zəruri müəssisələrin qurulmasına bir neçə il vaxt lazım olacaq.

Rubionun sözlərinə görə, “Patriot” olduqca mürəkkəb silah sistemidir və buna görə də lisenziyanın mümkün şəkildə Ukraynaya verilməsi Kiyevin bu sistemlərə olan qısamüddətli ehtiyacını həll etməyəcək.

ABŞ dövlət katibi məsələ ilə bağlı danışıqların davam etdiyini və gələcəkdə müəyyən nəticənin əldə olunmasının mümkün olduğunu vurğulamışdı.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar