Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Suriyada benzinin qiyməti artdı, etirazlar başladı

Baxılıb: 966     Tarix: 14-09-2026 09:57   

Suriyada yanacaq qiymətlərinin kəskin artması kütləvi etirazlara səbəb olub.

Qanunvehedef.az SANA agentliyinə istinadən xəbər verir ki, aksiyalar daha çox Rəqqə, Hələb və İdlib şəhərlərində qeydə alınıb.

Bildirilir ki, axşam saatlarında nümayişçilər Suriyanın əsas magistral yolu olan M5 yolunu bağlayıb və təkərlər yandırmağa başlayıblar. Bu magistral yol əhalinin sıx yaşadığı Hələb və Hama şəhərlərini birləşdirir.

Qeyd edək ki, sentyabrın 13-də Suriyada yanacaq qiymətləri 40% artıb. Belə ki, Aİ-95 benzinin qiyməti 152 Suriya lirəsindən (təxminən 2,11 AZN) 195 lirəyə (təxminən 2,70 AZN), dizel yanacağının qiyməti isə 125 lirədən (təxminən 1,73 AZN) 175 lirəyə (təxminən 1,99 AZN) qalxıb. Suriyanın Energetika Nazirliyi qiymət artımının dünya bazarlarındakı vəziyyət və idxal payının yüksək olması ilə əlaqələndirib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar