Xəbər lenti
15/09/2026 [13:47]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

ABŞ-də neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi

Baxılıb: 982     Tarix: 16-09-2026 08:54   

Neftin qiyməti ABŞ-də xam neft ehtiyatlarının gözlənilməz artması fonunda ucuzlaşıb.

Qanunvehedef.az xəbər verir ki, investorlar Səudiyyə Ərəbistanının Qırmızı dənizə çıxan “Şərq-Qərb” boru kəmərinə hücumdan sonra Yanbu limanında neft yükləmələrini dayandırmasının qlobal tədarükə mümkün təsirlərini qiymətləndirirlər.

“Brent” markalı xam neftin fyuçersləri 0,86% ucuzlaşaraq bir barel üçün 107,82 dollara, ABŞ-nin “West Texas Intermediate” (WTI) markalı neftinin fyuçersləri isə 0,92% azalaraq 104,86 dollara düşüb.

Çərşənbə axşamı hər iki neft markası 3 dollardan çox bahalaşaraq mayın 19-dan bəri ən yüksək səviyyədə qərarlaşıb. Buna Səudiyyə Ərəbistanının Yanbu limanında yükləmələri dayandırması və Avropaya neft tədarükünü azaltması ilə bağlı narahatlıqlar səbəb olub.

Bazar mənbələrinin Amerika Neft İnstitutunun (API) məlumatlarına istinadən verdiyi xəbərə görə, sentyabrın 11-də başa çatan həftədə ABŞ-də xam neft ehtiyatları 7,1 milyon barel artıb. Halbuki analitiklər ehtiyatların təxminən 1,6 milyon barel azalacağını gözləyirdilər.

Eyni dövrdə ABŞ-də benzin və distillat ehtiyatlarının da artdığı bildirilib. “Haitong Futures” analitikləri qeyd ediblər ki, ehtiyatlardakı gözlənilməz artım neft qiymətlərinə təzyiq göstərsə də, ayrı-ayrı regionlarda ehtiyatların artması qlobal xam neft bazarındakı təklif məhdudluğunu aradan qaldırmır.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar