Ermənistanda TRIPP sazişini konstitusiyaya uyğun hesab etdilər
Baxılıb: 835 Tarix: 16-09-2026 14:51

Ermənistanın Konstitusiya Məhkəməsi Ermənistanla ABŞ arasında strateji əməkdaşlıq haqqında Çərçivə Sazişini ölkənin Konstitusiyasına uyğun hesab edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Pastinfo” yayıb.
Bildirilib ki, sazişlə qəbul edilən öhdəliklər Ermənistan Konstitusiyasına uyğundur və ziddiyyət təşkil etmir.
Bununla da, sənədlər ratifikasiya edilməsi üçün Ermənistan parlamentinə göndəriləcək.
Xatırladaq ki, Ermənistan və ABŞ arasında sözügedən Çərçivə Sazişi iyunun 1-də Vaşinqtonda dövlət katibi Marko Rubio, iyunun 4-də isə İrəvanda xarici işlər naziri Ararat Mirzoyan tərəfindən imzalanıb.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər





















