Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Rusiyada üçgünlük seçkilər başladı

Baxılıb: 984     Tarix: 18-09-2026 10:22   

Rusiyada bu gün Dövlət Dumasına seçkilərə start verilib.

Qanunvehedef.az  “Kommersant”a istinadən xəbər verir ki, seçkilərə ilk olaraq Kamçatka diyarında və Çukotkada start verilib.

Həmin ərazilərdə seçki məntəqələri sentyabrın 18-də yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtı ilə 18 sentyabr saat 00:00-da) açılıb.

Qeyd edək ki, Rusiyada doqquzuncu çağırış Dövlət Dumasına seçkilərdən əlavə, həm də regional və bələdiyyə seçkiləri keçirilir. Ayrı-ayrı kateqoriya seçicilərə isə erkən səs vermək imkanı yaradılıb. Buraya əsasən ucqar rayonların sakinləri, döyüş əməliyyatları zonasında olan hərbi qulluqçular, həmçinin hərbi vəziyyətin tətbiq edildiyi 12 regionun sakinləri daxildir.

Dövlət Duması seçkilərində və onlarla birləşdirilmiş digər seçkilərdə əsas səsvermə sentyabrın 18-dən 20-dək davam edəcək.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar