Xəbər lenti
23/11/2026 [12:45]
Bu rayonlara qar yağdı
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Paşinyan Almaniyaya getdi, mükafat alacaq

Baxılıb: 9314     Tarix: 18-09-2026 11:32   

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyaya yola düşüb.

Qanunvehedef.az “Armenpress”ə istinadən xəbər verir ki, səfər çərçivəsində Visbadendə Paşinyana Hessen Sülh Mükafatı təqdim ediləcək.

Bildirilib ki, bu mükafat ona Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması və Cənubi Qafqazda sülhün bərqərar edilməsi istiqamətindəki səylərinə görə veriləcək.

Daha sonra Frankfurtun Ticarət-Sənaye Palatasında Ermənistan Baş nazirinin yerli sahibkarlarla görüşü baş tutacaq.

Qeyd edək ki, mükafat fondu 25000 avro olan bu təltif 1994-cü ildən etibarən Albert Osvald Fondu tərəfindən verilir. Fond Hessenin keçmiş Baş naziri Albert Osvald və onun ailəsi tərəfindən təsis edilib.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar