Çin İrandan kömək istədi: Onların qarşısını al!
Baxılıb: 894 Tarix: 18-09-2026 12:57

Çin İrandan Yəmən husilərinin qarşısını almağa kömək etməsini istəyib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadla məlumat yayıb.
“Çin Yəmən husilərinin qarşısının alınmasına kömək göstərməsi üçün Tehrana qeyri-rəsmi şəkildə müraciət edib. Bu, ötən həftə İranın dəstəklədiyi qruplaşmanın keçirdiyi hərbi əməliyyatla bağlı Səudiyyə Ərəbistanının Pekinə müraciətindən sonra baş verib. Husilərin Qırmızı dəniz sahili və Bab əl-Məndəb boğazı ətrafında sürətli irəliləyiş etməsindən və Səudiyyə Ərəbistanının neft ixracını, gəmiçiliyini daha da zəiflətməsindən sonra Ər-Riyad kömək üçün Çinə müraciət edib”, - mənbə bildirib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər





















