Xəbər lenti
21/09/2026 [15:13]
Qızıl niyə ucuzlaşır?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Dubay Əmirinin qardaşı öldü - 10 günlük matəm elan edildi

Baxılıb: 934     Tarix: 22-09-2026 10:35   

Dubay Əmiri və Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri Şeyx Məhəmməd bin Rəşid əl-Məktumun kiçik qardaşı Şeyx Əhməd bin Rəşid əl-Məktum 76 yaşında vəfat edib.

Qanunvehedef.az “Euronews”a istinadən xəbər verir ki, Şeyx Əhməd bin Rəşid əl-Məktumun vəfatı ilə bağlı 10 günlük matəm elan olunub.

Bu gündən etibarən əmirlik boyu bayraqlar yarıya endiriləcək.

Əmirin qardaşının ölüm səbəbi hələ açıqlanmayıb.

Şeyx Əhmədin cənazə namazı bu gün Zaabil Böyük Məscidində qılınacaq.


Qanunvehedef.az





{sape_links}{sape_article}