Xəbər lenti
23/11/2026 [12:45]
Bu rayonlara qar yağdı
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Düşünmürəm ki, Putin buna hazırdır”

Baxılıb: 9813     Tarix: 23-09-2026 09:23   

“Rusiya müharibəni bitirməyə hazır deyil”.

Qanunvehedef.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.

Zelenski müharibənin mümkün qədər tez başa çatmalı olduğunu vurğulayıb: “Düşünürəm ki, hamımız mümkün qədər tez hərəkətə keçməliyik”.

Zelenski Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün liderlərin bir araya gəlməsinin vacibliyini bildirib. O, Trampın ABŞ, Rusiya və Ukrayna liderlərinin üçtərəfli görüşünün təşkili üzərində işləyə biləcəyini deyib.

Ukrayna Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirərək, belə bir görüşdə müharibə ilə bağlı ən vacib məsələlərin müzakirə edilə biləcəyini söyləyib.

“Mən üçtərəfli görüşə hazıram, amma düşünmürəm ki, Putin buna hazırdır. O, müharibəni bitirməyə hazır deyil”, – Zelenski deyib.

Zelenski Tramp ilə görüşdə enerji sektoruna qarşı hücumların dayandırılması məsələsini də müzakirə etdiklərini bildirib.

“Rusiya enerji sektorumuzu hədəf almadığı müddətcə enerji atəşkəsinə hazırıq”, – deyə o qeyd edib.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar