Xəbər lenti
23/11/2026 [12:45]
Bu rayonlara qar yağdı
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Zelenski Trampın istəyini rədd etdi

Baxılıb: 9118     Tarix: 23-09-2026 14:44   

Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Donald Trampın Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmaq istəyini rədd edib.

Qanunvehedef.az xəbər verir ki, o, bu barədə “Voll Strit Jurnal”a müsahibəsinə deyib.

Zelenski bildirib ki, Tramp qlobal dizel yanacağının qiymətlərinin artması fonunda Rusiya neft emalı zavodlarına hücumların dayandırılmasını istəyib:

“Bu istək rədd edildi, çünki qiymətlərin artmasına əsas səbəb Ukraynanın Rusiyaya zərbələri deyil, Hörmüz boğazının blokadaya alınmasıdır. Dizelin qiyməti məsələsini məhz bu şəkildə həll etmək istəyirlərsə, onda Ukraynaya Putinin ölkədə elektrik enerjisinin kəsilməsinə səbəb olan addımlarının qarşısını almaqda kömək etmək və onu mülki infrastruktura hücumları dayandırmağa məcbur etmək lazımdır. Dizel qiymətləri bəziləri üçün vacib ola bilər, amma həyatımız bizim üçün daha vacibdir”.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar