Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Həmin baza “Fort Tramp” adlandırılacaq

Baxılıb: 974     Tarix: 24-09-2026 09:38   

Polşa Prezidenti Karol Navrotski ABŞ-nin ölkəsində qurmağı planlaşdırdığı daimi hərbi bazanın “Fort Tramp” adlandırılacağını açıqlayıb.

Qanunvehedef.az xəbər verir ki, Navrotski bu barədə “Bloomberg”ə müsahibəsində danışıb.

Prezident ABŞ-nin Polşada daimi hərbi baza yaratması ilə bağlı planların yekunlaşdırılacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, baza hazır olduqdan sonra “Fort Tramp” adlandırılacaq.

Navrotski infrastruktur hazırlıqlarının davam etdiyini, ABŞ-dən məsləhətçilərin Polşaya səfər etdiyini deyib. O, layihənin həyata keçirilməsi üçün bəzi inzibati və maliyyə məsələlərinin hələ həll edilməli olduğunu, buna görə də dəqiq tarix açıqlamağın çətin olduğunu qeyd edib.

Polşa Prezidenti ABŞ Prezidenti Donald Trampın bazanın açılışında şəxsən iştirak edə biləcəyini də bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti daha əvvəl Polşada yeni ABŞ bazasının yaradılması ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edildiyini və yaxın vaxtlarda bazanın yerinin açıqlanacağını bildirmişdi. Polşa Milli Müdafiə Nazirinin müavini Stanislav Vziatek isə planlaşdırılan bazada 15 minədək ABŞ hərbçisinin yerləşdirilməsinin nəzərdə tutulduğunu açıqlamışdı.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}