Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Trampın eks-müşaviri türkiyəli biznesmenlə ailə qurur - Özündən 13 yaş kiçikdir

Baxılıb: 996     Tarix: 25-09-2026 11:10   

ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri və eks-vəkili Alina Habba türkiyəli iş adamı Turhan Mildonla ailə həyatı qurur.

Qanunvehedef.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sentyabrın 26-sı Nyu-Yorkda baş tutacağı gözlənilən toy mərasimində Trampın da iştirak edə biləcəyi bildirilir.

42 yaşlı Habba 2021-2024-cü illərdə Trampın vəkili olub. ABŞ liderinin ikinci prezidentlik dövründə həm də onun müşaviri kimi fəaliyyət göstərən Habba daha sonra Nyu-Cersinin müvəqqəti federal baş prokuroru vəzifəsinə təyin olunduğu üçün müşavir vəzifəsindən istefa verib.

29 yaşlı Turhan Mildon isə ailə şirkəti olan “Miller Holding”in baş icraçı direktorudur. O həmçinin Türkiyənin “Çorum” futbol klubunun vitse-prezidenti vəzifəsini tutur.

Cütlüyün 1 ildir münasibətdə olduğu və bundan öncə 2 dəfə fərqli şəxslərlə evlilikləri olduğu bildirilir.






Qanunvehedef.az




{sape_links}{sape_article}