Xəbər lenti
23/11/2026 [12:45]
Bu rayonlara qar yağdı
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Tramp süni intellektlə bağlı açıqlama verəcək

Baxılıb: 9514     Tarix: 28-09-2026 09:51   

ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə süni intellektlə bağlı açıqlama verəcək.

Qanunvehedef.az xəbər verir ki, bununla bağlı Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, “Anthropic” şirkətinin rəhbəri Dario Amodei ilə görüşəcəyini deyib: “Bu axşam “Anthropic”in rəhbəri ilə şam yeməyində görüşəcəyəm. Bu şirkət böyük hörmətə malikdir”.

Qeyd edək ki, daha əvvəl Amodei süni intellekt texnologiyalarının nəzarətsiz qalması halında bəşəriyyət üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq etmişdi.

Tramp isə süni intellekt texnologiyalarının inkişafının mümkün qədər sərbəst şəkildə davam etdirilməsinin tərəfdarı kimi çıxış edir.

Məlumat üçün bildirək ki, ABŞ liderinin açıqlaması Bakı vaxtı ilə 22:00-da baş tutacaq.

Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar