Xəbər lenti
29/09/2026 [13:25]
Sabah da yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Papoyan: Oktyabrda Rusiya ilə bağlı qərar qəbul ediləcək

Baxılıb: 997     Tarix: 29-09-2026 11:44   

Oktyabr ayında Avrasiya İqtisadi Komissiyasının iclası keçiriləcək və toplantıda Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətlər məsələsinə dair qərar qəbul ediləcək.

Qanunvehedef.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

“Biz bunu bir ölkənin digər ölkəyə qarşı yaratdığı maneə hesab edirik. Aİİ-nin qaydalarına əsasən, əgər bir ölkə digər ölkəyə qarşı bu cür tədbirlər tətbiq edirsə, sonuncu Avrasiya İqtisadi Komissiyasına müraciət edə bilər. Komissiya baş verənləri maneə kimi tanıyarsa, həmin dövlət 30 gün ərzində bu maneələri aradan qaldırmalıdır”, - o bildirib.

Qeyd edək ki, Rusiya may ayının sonlarından etibarən Ermənistandan gələn kənd təsərrüfatı və qida məhsullarının idxalına mərhələli şəkildə məhdudiyyətlər tətbiq etməyə başlayıb.


Qanunvehedef.az





{sape_links}{sape_article}