Miqrantları yenidən “üçüncü ölkələrə” göndərəcəklər

ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın administrasiyasına miqrantların “üçüncü”, yəni əvvəlki yaşayış ölkəsi olmayan ölkələrə deportasiyasını bərpa etməyə icazə verib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Məhkəmə Ədliyyə Departamentinin Boston şəhərindən olan dairə hakimi Brayan Mörfinin qərarının qüvvəsinin dayandırılması barədə təcili vəsatətini təmin edib. Həmin qərara əsasən, Daxili Təhlükəsizlik Departmentinin miqrantları “üçüncü ölkələr”ə deportasiya siyasəti qanunsuz hesab edilirdi”, - məlumatda deyilir.
Altı hakim vəsatətin təmin edilməsinin lehinə, üç hakim isə əleyhinə çıxış edib.
Məhkəmə həmçinin bu mübahisə üzrə arqumentləri dekabrda dinləməyə razılıq verib, bundan sonra həmin siyasət barədə rəsmi qərar çıxarılacaq.
Qeyd edək ki, hüquq müdafiə təşkilatlarının məlumatına görə, ötən il həyata keçirilən bu siyasət çərçivəsində 25 mindən çox miqrant 29 ölkəyə deportasiya edilib. Miqrantların böyük əksəriyyəti isə Meksikaya göndərilib.
Qanunvehedef.az



















