Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bu ölkədə Azərbaycan dili tədris olunacaq

Baxılıb: 838     Tarix: 30-09-2026 11:48   

Qırğızıstanın təhsil naziri Doqdurkul Kendirbayeva Azərbaycanın Bişkekdəki səfiri Lətif Qəndilovla görüşüb. Səfir görüş zamanı Azərbaycan dilinin tədrisi üçün Qırğızıstana gəlmiş müəllim Ülkər Verdiyevanı nazirə təqdim edib.

Qanunvehedef.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Qırğızıstan mətbuat məlumat yayıb.

Bildirilib ki, azərbaycanlı müəllimin ölkəyə gəlişi Qırğızıstan və Azərbaycan arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Qırğızıstan və Azərbaycan dilləri müəllimlərinin qarşılıqlı mübadiləsi ilə bağlı razılaşmaları çərçivəsində təşkil olunub:

“Ülkər Vərdiyeva Bişkekdə N.Gəncəvi adına 103 nömrəli ümumtəhsil məktəbində və H.Əliyev adına 20 nömrəli məktəbdə Azərbaycan dilini tədris edəcək. Öz növbəsində, Qırğızıstandan olan müəllim Azərbaycana gedəcək və burada qırğız dili və qırğız ədəbiyyatını tədris edəcək.

Kendirbayeva azərbaycanlı müəllimə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb və qeyd edib ki, təhsil və mədəniyyət mübadilələri iki ölkə arasında qarşılıqlı anlaşmanın inkişafına və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

Qəndilov Qırğızıstan və Azərbaycan xalqlarının inteqrasiyasında dil və mədəniyyətin rolunu vurğulayıb.

Hazırda Bişkekdə Azərbaycanın maliyyə dəstəyi ilə tikilmiş iki məktəb - N.Gəncəvi adına 103 nömrəli məktəb və H.Əliyev adına 20 nömrəli məktəb fəaliyyət göstərir. Onlar 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri zamanı açılıb.

Bundan əlavə, Azərbaycanın Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstanın adından “Aykol Manas” məktəbi tikilib. Məktəbin açılış mərasimində Qırğızıstan və Azərbaycanın prezidentləri Sadır Japarov və İlham Əliyev iştirak ediblər”.


Qanunvehedef.az





{sape_links}{sape_article}