Xəbər lenti
23/11/2026 [12:45]
Bu rayonlara qar yağdı
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Baxılıb: 9115     Tarix: 30-09-2026 14:40   

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “NBC News” telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır, təmizlik işləri aparır və onu masaj edirlər.

Şon Kombs Nyu-Cersi ştatındakı Fort-Diks federal həbsxanasında 37452-054 nömrəli məhbus kimi saxlanılır. Mənbələrin məlumatına görə, o, dəmir barmaqlıqlar arxasında adət etdiyi rahatlıq səviyyəsini qorumaq üçün ayda minlərlə dollar xərcləyir. Pullar ona kömək edən məhbusların şəxsi hesablarına kənardan köçürülür. Bundan əlavə, Kombsa gizli yollarla telefon və planşet, eləcə də elit spirtli içkilər çatdırıldığı iddia edilir.

Rəsmi qurumlar konkret bu məsələni şərh etməsə də, ümumilikdə həbsxanalarda belə problemlərin mövcud olduğunu gizlətməyib.

Fort-Diks həbsxanasında isə ümumilikdə 4000 məhbus saxlanılır.

Xatırladaq ki, 2025-ci ilin oktyabr ayının əvvəlində Nyu-York məhkəməsi reperi 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib. O, cinsi istismar və fahişəliyə cəlbetmə maddələrinin iki ittiham bəndi üzrə təqsirli bilinib.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar