Rubio Arakçını qovub? – İrandan cavab

İran nümayəndə heyəti əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun olaraq Nyu Yorku tərk edib.
Qanunvehedefəaz xəbər verir ki, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyi “Axios”un yaydığı xəbərə cavab olaraq bildirib.
“İran nümayəndə heyəti bazar ertəsi axşamı əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun olaraq Nyu Yorkdan yola düşüb. Həmin qrafik sentyabrın 17-də ABŞ Dövlət Departamentinə də əvvəlcədən bildirilib. Heç bir nəticə əldə etməyən Dövlət Departamenti əsassız və heç bir əhəmiyyət daşımayan xəbərlər yaymağa əl atıb”, - məlumatda deyilib.
Qeyd edək ki, “Axios” nəşri ABŞ Dövlət katibi Marko Rubionun danışıqlar dalana dirəndikdən sonra BMT Baş Assambleyasındakı İran nümayəndə heyətindən ölkəni dərhal tərk etməsini tələb etdiyini yazmışdı
Qanunvehedefəaz




















