Rusiya Macarıstan diplomatlarını ölkədən çıxarır
Baxılıb: 916 Tarix: 01-10-2026 15:51

Rusiya Xarici İşlər Nazirliyi Macarıstanın Rusiyadakı müvəqqəti işlər vəkilini çağırıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, ona Macarıstan hakimiyyətinin 8 sentyabr 2026-cı il tarixli bir neçə rus diplomatı ölkədən çıxarmaq qərarı ilə bağlı etiraz bildirilib. Rusiya bu qərarı əsassız adlandırıb.
Cavab olaraq, Moskvadakı Macarıstan səfirliyinin, eləcə də ölkənin Sankt-Peterburq və Kazandakı baş konsulluqlarının bir qrup əməkdaşına iki həftə ərzində Rusiyanı tərk etməklə bağlı xəbərdarlıq edilib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər





















