Xəbər lenti
01/10/2026 [15:08]
Zaqatalada zəlzələ oldu
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Mask Trampın komandasına qayıdır

Baxılıb: 984     Tarix: 02-10-2026 10:12   

Texnologiya milyarderi İlon Mask ABŞ Prezidenti Donald Trampın administrasiyasına məsləhətçi kimi qayıdır. O, Pentaqonun müharibələrin gələcəyinə həsr olunan “Meridian” layihəsinə rəhbərlik edəcək.

 Qanunvehedef.az xəbər verir ki, ABŞ müdafiə naziri Pit Heqset layihəni “müharibənin gələcəyini araşdıracaq təşəbbüs” kimi təqdim edib.

Onun sözlərinə görə, layihədə texnologiya və innovasiya sahəsində aparıcı mütəxəssislər iştirak edəcək.

Mask layihəyə “Anduril Industries” şirkətinin həmtəsisçisi Palmer Lakey və Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriçlə birlikdə rəhbərlik edəcək.

Heqset layihə çərçivəsində əldə olunacaq nəticələrin 120 gün ərzində hazırlanmasını tapşırıb. Tədqiqatın əsas məqsədi ABŞ-nin gələcək müharibələrdə üstünlüyünü təmin etmək üçün hansı texnologiya və bacarıqlara ehtiyac olduğunu müəyyənləşdirməkdir.

Qeyd edək ki, Mask 2024-cü ildə Trampın prezident seçkiləri kampaniyasını fəal şəkildə dəstəkləyib və daha sonra Hökumət Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edib. O, 2025-ci ilin mayında bu vəzifədən ayrılıb.


Qanunvehedef.az





{sape_links}{sape_article}