Türkiyədə birja əməliyyatı: məşhur müğənni həbs edildi
Baxılıb: 922 Tarix: 03-10-2026 12:20

Türkiyədə birja əməliyyatları ilə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanılan 20 şübhəli şəxs məhkəməyə göndərilib.
Qanunvehedef.az Türkiyə mediasına istinadla xəbər verir ki, məhkəmə bütün şübhəlilər barəsində həbs qətimkan tədbiri seçib.
Bu səhər həbs edilənlər arasında birja brokeri Burak Sevindik və müğənni Nil Özalp da var.
Bununla da istintaq çərçivəsində həbs olunan şəxslərin ümumi sayı 85-ə çatıb.
Qeyd edək ki, daha əvvəl sözügedən əməliyyatla bağlı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Fatma Betül Sayan Kayanın da adı hallanıb.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər





















