Xəbər lenti
07/10/2026 [14:16]
Ov mövsümü başlayır
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Türkiyə bu ölkədə hərbi baza yerləşdirməyə hazırlaşır

Baxılıb: 994     Tarix: 07-10-2026 11:33   

Türkiyə Məkkə sazişi çərçivəsində Səudiyyə Ərəbistanında hərbi baza yerləşdirə bilər.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.

Məlumata görə, oktyabrın 5-də Ər-Riyadda Məkkə sazişi ölkələrinin qəbul etdiyi qərara əsasən, Türkiyə özünün yaxın və ortamənzilli hava hücumundan müdafiə (HHM) sistemləri vasitəsilə Səudiyyə Ərəbistanının qaz və elektrik enerjisi sahəsindəki dörd ən mühüm obyektinin qorunmasında iştirak edəcək.

Regiona göndəriləcək hərbi qulluqçuların sayına yaxın günlərdə aydınlıq gətiriləcəyi bildirilir.

Türkiyə hərbi kontingentinin göndərilməsi barədə qərarı respublikanın parlamenti qəbul etməlidir. Bu barədə qərarın isə oktyabrda qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, 2025-ci ildən etibarən Türkiyənin 200-dən çox hərbi mütəxəssisi, texniki qrupları, HHM sistemləri və raket əleyhinə müdafiə vasitələri Səudiyyə Ərəbistanında kritik əhəmiyyətli infrastrukturun qorunmasında iştirak edir.

Ümumilikdə Türkiyənin 12 ölkədə hərbi bazalarının olduğu bildirilir. Onların ən böyüyü Şimali Kipr Türk Respublikasındadır. Burada 30 min nəfərdən çox hərbi kontingent yerləşdirilib. Türkiyənin həmçinin Qətərdə, İraqda, Suriyada, Somalidə, Liviyada və bir sıra digər ölkələrdə bazaları mövcuddur.


Qanunvehedef.az





{sape_links}{sape_article}