Trampın Özbəkistana səfəri planlaşdırılır
Baxılıb: 983 Tarix: 19-10-2026 12:12

Vaşinqton 2027-ci ildə ABŞ Prezidenti Donald Trampın Özbəkistana səfərini təşkil etmək niyyətindədir.
Qanunvehedef.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio Səmərqənddə jurnalistlərə açıqlamasında bildirib.
“Biz səfərin baş tutmasını istərdik. Gələn il ərzində bunun üzərində işləyəcəyik və mümkün tarixləri müəyyənləşdirəcəyik”, - o deyib.
Rubionun sözlərinə görə, Tramp özü belə bir imkan olacağı təqdirdə Özbəkistana səfər etmək niyyətini ifadə edib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər




















