Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Almazın yeni “qohumu” kəşf edildi

Baxılıb: 986     Tarix: 15-10-2026 09:35   

Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər.

Qanunvehedef.az xəbər verir ki, “Diamondiyne” adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir.

Göteborq Universitetinin tədqiqatçıları iki mayenin təmas səthində əldə etdikləri materialın karbon atomlarının üçlü rabitələrlə birləşməsi nəticəsində yarandığını bildiriblər. Tədqiqat qrupunun rəhbəri, professor Karl Börjessonun sözlərinə görə, “Diamondiyne” üçölçülü tetraedrlər şəbəkəsindən ibarətdir.

Materialın kristal quruluşu elektron mikroskopiyası ilə səthin kiçik sahələrində təsdiqlənib. Alimlər indi onun fiziki xüsusiyyətlərini və mümkün tətbiq sahələrini araşdırmağı planlaşdırırlar.

Karbonun almaz, qrafit, qrafen və digər formalarından fərqli quruluşa malik “Diamondiyne”nin məsaməli strukturu gələcəkdə yeni texnoloji imkanlar yarada bilər.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar