Xəbər lenti
19/10/2026 [11:57]
Xəzərdə zəlzələ oldu
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Novruz bayramı günü bibisi oğlunu öldürənə - 14 il həbs verildi

Baxılıb: 835     Tarix: 19-10-2026 10:22   

Bu ilin mart ayında bibisi oğlu 1976-cı il təvəllüdlü Rövşən Abdullayevi bıçaqlayaraq öldürən Rizvan Söhbətova hökm oxunub.

Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 120.1 və 228.5-ci maddələri ilə təqsirli bilib.

Araşdırmalar zamanı məlum olub ki, hadisə Novruz bayramı günü Saatlı rayonunun Fətəlikənd kəndində baş verib. Həmin gün Rövşən və Rizvanın böyük qardaşı Ərşad arasında kafenin qarşısında münaqişə olub. Bu zaman Rizvan onlara müdaxilə edərək ayırıb. Qardaşının bibisi oğlu tərəfindən döyülməsini qəbul edə bilməyən Rizvan evdən bıçaq götürərək qisas almaq məqsədilə geri qayıdıb və Rövşənə bir neçə zərbə endirib. O aldığı xəsarətlərdən vəfat edib.

Məhkəmədə Rövşənin yaxınları cinayətdə Ərşadın da iştirak etdiyini iddia ediblər.

Hökmə əsasən, 49 yaşlı Rizvan Söhbətov 14 il həbs cəzasına məhkum edilib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}