Türkiyə MN Azərbaycanı bu video ilə təbrik etdi
Baxılıb: 689 Tarix: 08-11-2025 12:21

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.
Qanunvehedef.az xəbər verir ki, Türkiyə MN bu barədə feysbuk hesabında paylaşım edib.
“Salam olsun sənə, qardaş Azərbaycan! 8 Noyabr - Zəfər Günün mübarək. Bu gün qəhrəman komandolarımız Bakı küçələrini cəsarətin və qardaşlığın səsi ilə titrədəcək, Azərbaycan türkü qardaşlarımızı qürurla salamlayacaq. Hərbi Hava Qüvvələrimizin qırıcıları da Ay Ulduzun qüdrətini Bakı səmalarına nəqş edərək əbədi qardaşlığımızı dünyaya hayqıracaq”, - qeyd edilib.
Nazirlik həmçinin təbrik paylaşımına Bakıda hərbi paradda iştirak edəcək türkiyəli hərbçilərin görüntülərini əlavə edib. Görüntülərdən yerli sakinlərin Türkiyə hərbçilərini sevgi və hörmətlə salamlamasını görmək mümkündür.
Həmin görüntüləri təqdim edirik:
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər




















