Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Tesla” Maska 1 trilyon dollar ödəyəcək

Baxılıb: 920     Tarix: 07-11-2025 13:21   

“Tesla” növbəti 10 ildə şirkətin direktoru İlon Maska təqribən 1 trilyon dollar həcmində təzminat paketi ödəyəcək.
Qanunvehedef.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu, şirkətin səhmdarlarının səsverməsindən sonra dəqiqləşib.
Belə ki, səhmdarların 75%-i təzminat paketinin ayrılmasının “lehinə” səs verib. Bildirilir ki, bu, ABŞ tarixində şirkət rəhbərinə edilən ən böyük ödəniş olacaq.
Qeyd edək ki, Mask şirkətdəki işinə görə maaş almır, onun şirkətin inkişafına töhfəsi mükafatlar şəklində ödənilir.
Plan həmçinin İ.Maskın şirkətdəki payını 13 faizdən 25 faizə qədər artıracaq. Bununla belə, amerikalı milyarder lazımi göstəricilərə nail olduqda bu məbləği əldə edəcək. Həmin göstəricilərə isə 1 milyon robot taksilərin istifadəyə verilməsi, şirkətin dəyərinin 8,5 trilyon dollara çatması, eləcə də 1 milyon insanabənzər “Optimus” robotlarının tədarükü və s. daxildir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar