Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Zəfər Günü ilə bağlı Xəzər rayonunda tədbir kecirilib- Fotolar

Baxılıb: 1 308     Tarix: 07-11-2025 11:22   

Xəzər rayonunda 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünün qeyd olunması ilə bağlı ümumrayon tədbiri keçirilib. 
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə RİH başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, rayonun idarə-təşkilat, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, Daxil İşlər Nazirliyinin Polis Akademiyasının, Daxili Qoşunların Hərbi İnstitutunun, Milli Aviasiya Akademiyasının müəllim və tələbə heyəti, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə iştirakçılar Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri qoyublar.
Mərdəkan Mədəniyyət sarayında davam edən tədbirdə iştirakçılar sarayın foyesində təşkil edilmiş Azərbaycan Rəssamlar İttifaqının və Naxçıvan MR Rəssamlar Birliyinin üzvü Ramil Əhmədovun əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.
Sonra tədbirdə şanlı zəfərimizə, tarixi qələbəmizə həsr olunmuş “Qızıl payız” adlı sənədli film nümayiş etdirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov “8 Noyabr – Zəfər Günü” ilə bağlı tədbir iştirakçılarını təbrik edərək 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixinə qızıl hərflərlə əbədi yazıldığını, bu qələbənin Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, yenilməz ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, qanı bahasına, xalqımızın birliyi hesabına qazanıldığını qeyd edib. Həmçinin konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın öz suverenliyini bir daha bərpa etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı, şəhid Elçin Mansurovun anası Məleykə xanım Məcidova torpaqlarımızın 30 illik işğalına son qoyulduğunu qeyd edərək Vətən müharibəsində xüsusi şücaət göstərərək şəhid olanların ailə üzvlərinə və qazi olanlara dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Çıxışlardan sonra respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı keçirilib. Konsert proqramı iştirakçılar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.

Qəni Hüseynov









шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar