Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Xəzər Rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Baxılıb: 3 376     Tarix: 06-11-2025 21:05   

  Vətən müharibəsinin beşinci ildönümü ilə əlaqədar Xəzər rayonunda 8 noyabr - Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
   Xəzər rayonu, Türkan qəsəbəsində baş tutan aksiyada Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri və Aparatın əməkdaşları, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, idarə-müəssisə rəhbərləri, Şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.
  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq keçirilən aksiya zamanı müxtəlif növ həmişəyaşıl ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.


Qəni Heseynov


 




{sape_links}{sape_article}