Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Tramp marşrutu beynəlxalq sülh üçün böyük razılaşmadır”

Baxılıb: 867     Tarix: 07-11-2025 10:16   

“Üç ay əvvəl mənim administrasiyam Ermənistan və Azərbaycan arasında bir sülh müqaviləsini imzaladı”.
“Qafqazinfo”nun məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ evdə Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşdə deyib.
O bildirib ki, bu səkkiz ayda başa vurduğu səkkiz müharibədən biridir.
“Bu tarixi razılaşma yeni Tramp marşrutunun tikintisini də ehtiva edir. Bu, çox gözəl bir şeydir. Onlar ona mənim adımı verdilər. Mən bunu, həqiqətən, yüksək qiymətləndirirəm. Əslində bu, böyük bir razılaşmadır. Bu, beynəlxalq sülh üçün yeni Tramp marşrutudur.
Bu, dünyanın iqtisadi cəhətdən vacib regionundan keçən və Xəzər dənizinin o biri tərəfində ticarət fəaliyyətini artıracaq və Mərkəzi Asiya xalqlarına kömək edəcək bir yoldur. Mən əminəm ki bu gün burada olan hər bir ölkə razılaşma ilə ortaya qoyduğumuz fürsəti qəbul edərək sülhün imkanlarından faydalanacaq”, - deyə Tramp qeyd edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar