ZƏFƏRİN YUBİLEYİ: Vətən müharibəsi günlərində ədliyyə işçiləri də Qələbənin yaxınlaşması üçün səylərini əsirgəməyiblər
Baxılıb: 1 260 Tarix: 07-11-2025 11:47

Düz beş il əvvəl – 2020-ci ilin payızında baş verən və 44 gün davam edən, şanlı Qələbəmizlə yekunlaşan Vətən müharibəsi nəticəsində ölkəmizin hərbi-siyasi uğuru, ordumuzun qəhrəmanlığı sayəsində, şəhidlərimizin qanı və canı bahasına 30 il düşmən əsarətində qalan torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz təmin olunub.2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutdu. Azərbaycan Ordusu bu yeni hərbi təcavüzə cavab olaraq, Ermənistanın işğalı altındakı torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatına başladı. Xalqımız bütünlüklə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında səfərbər oldu.Savaş günlərində Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərdi, öz prinsipial mövqeyindən dönmədi. Dövlətimizin başçısı dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi.Müharibənin ilk günündən ədliyyə işçiləri də döyüşlərdə iştirak üçün gözlərini qırpmadan cəbhəyə yollanmış, həmçinin könüllü iştirak edərək böyük fədakarlıqlar nümayiş etdirmiş, döyüşlər davam edən müddətdə və daha sonralar da döyüşçülərimizə, şəhid ailələrinə dəstəklərini əsirgəməmişlər. Eyni zamanda məlumdur ki, bir çox ədliyyə işçisi tamamilə könüllü əsaslarla Silahlı Qüvvələrə Yardım Fonduna və "YAŞAT" Fonduna əmək haqlarından vəsaitlər köçürüblər. Nazirliyin tibb xidmətinin həkimləri də Vətən müharibəsi dövründə zərər çəkənlərə lazımi tibbi yardım göstərib, ədliyyə orqanlarında mütəmadi olaraq qanvermə aksiyaları keçirilib. Ədliyyə Nazirliyinin əməkdaşları döyüşlərdə yaralanaraq hərbi hospitallarda müalicə alan hərbçilərimizə tez-tez baş çəkib, sovqatlar təqdim ediblər. Bu gün haqq savaşı iştirakçılarının sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər göz önündədir, şəhid ailələri və yaralı hərbçilərimiz hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Ədliyyə Nazirliyi döyüşlərdə iştirak etmiş əməkdaşların, o cümlədən şəhid ailələrinin qayğıları ilə davamlı maraqlanır, onların problemlərini daim diqqətdə saxlayaraq zəruri köməklikləri göstərir.Vətən uğrunda şəhid olmuş Ədliyyə Nazirliyinin əməkdaşlarından biri Ruhin Xəlilovdur. Əbədi qəhrəmanın İkinci Fəxri xiyabanda yerləşən məzarı bütün əlamətdar günlərdə nazirliyin işçiləri tərəfindən ziyarət olunur, şəhidimizin qəhrəmanlıq yolu xatırlanır, zaman keçdikcə daha çox yaddaşlara həkk olunur. Ruhin Xəlilovun xatirəsinə Ədliyyə Tarixi Muzeyində, əvvəllər işlədiyi yerli qurumlarda xüsusi guşələr yaradılıb, xidməti kabinetində muzey təşkil olunub. Şəhid ədliyyə işçisinin ailəsi və azyaşlı övladları qayğımızla əhatə olunub, onun həyat yoldaşı ədliyyə orqanlarına işə qəbul edilib.Vətən müharibəsinin davam etdiyi müddət ərzində Nazirlik tərəfindən, həmçinin 80-ə yaxın ölkənin Ədliyyə nazirliklərinə, xarici tərəfdaşlara və nüfuzlu beynəlxalq təşkilata ümumilikdə 450-dək məktub göndərilib, xarici ölkələrin səfirləri ilə görüşlər təşkil olunub, ərazilərimizin işğalı, erməni vandalizmi, müharibə cinayətləri, azərbaycanlıların etnik təmizləməyə və soyqırımına məruz qalması vurğulanıb, xalqımızın haqlı mövqeyi diqqətə çatdırılıb. Avropa Şurası ədliyyə nazirlərinin konfransında ermənilərin insanlıq əleyhinə və müharibə cinayətləri təfsilatı ilə Avropa Şurası Baş katibinin, Avropa Şurası Parlament Assambleyasının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər ixtisaslaşmış qurumların rəhbərlərinin, habelə Avropa İttifaqı ədliyyə komissarının və bütün üzv dövlətlərin ədliyyə nazirlərinin diqqətinə çatdırılıb.Azərbaycanın ədliyyə işçiləri öz vəzifə borclarını müharibədən sonrakı dövrdə də layiqincə yerinə yetirərək, dövlət müstəqilliyimizə qarşı bütün təhlükələrin tam aradan qaldırılması işində əvəzsiz əsgər rolunu oynamaqdadırlar. Ölkəmizdə qanunçuluğun qorunması, ədalətin hər şeydən ucada qalması, hər bir soydaşımızın qazanılan tarixi Qələbəmizə layiq olması üçun biz ədliyyə işçiləri də qəhrəman əsgər və zabitlərimiz kimi ən yüksək vətənpərvərlik və fədakarlıqla çalışmağa borcluyuq.
Niyazi Yusifli, Saatlı rayon Notariat Ofisinin xüsusi notariusu
Ən çox oxunanlar
Son xəbərlər




















