Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Baxılıb: 914     Tarix: 12-09-2026 15:38   

Belarus 2027-ci ildə Azərbaycanla birgə Qarabağda aqroşəhərcik tikintisini başlamağı planlaşdırır.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Report-a xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsini ziyarət edən Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç bildirib.

Onun sözlərinə görə, hazırda bir sıra aqrosənaye komplekslərini də əhatə edəcək aqroşəhərciyin layihələndirilməsi davam edir.

"Biz 2027-ci ildə bəzi aqrosənaye kompleksləri ilə birlikdə aqroşəhərciyin layihələndirilməsini başa çatdıracağıq. Və əgər hər şey yaxşı olarsa, 2027-ci ildə orada birgə tikintiyə başlamağı planlaşdırırıq", - diplomat qeyd edib.

Dmitri Pinkеviç həmçinin bildirib ki, 2027-ci ildə Ağdamda Belarus şirkəti "Vertus"un iştirakı ilə birgə lift istehsalının yerləşdirilməsi planlaşdırılır:

"2027-ci ildə Ağdamda biz həmçinin Belarus tərəfinin - "Vertusgülnar" şirkətinin iştirakı ilə Azərbaycan istehsalı olan liftlərin birgə istehsalını yerləşdirməyi planlaşdırırıq".


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar