Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ermənistan İranla sərhəddə “yaşıl dəhliz” yaradacaq

Baxılıb: 835     Tarix: 13-09-2026 17:22   

İran və Ermənistan gömrük prosedurlarını sadələşdirmək və sərhəd keçidini sürətləndirmək məqsədilə kritik protokollar imzalayıblar.

Qanunvehedef.az “Armenia Today”ə istinadla xəbər verir ki, sentyabrın 12-də Culfada İranın iqtisadiyyat nazirinin müavini, Gömrük Xidmətinin rəhbəri Farud Əsgəri ilə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Hakopyan arasında rəsmi görüş keçirilib.

Danışıqların nəticəsi olaraq tərəflər Norduz-Mehri sərhəd-keçid məntəqəsində sadələşdirilmiş “yaşıl dəhliz”in tətbiqi, kağız sənədləşmənin ləğv edilərək elektron məlumat mübadiləsinə (EDI və Pre-Arrival) keçilməsi barədə protokola imza atıblar. Bu addımın yük maşınlarının sərhəddə gözləmə müddətini və inzibati prosedurları kəskin azaldacağı gözlənilir.

Eyni zamanda, tərəflər Norduz-Mehri sərhəd məntəqəsinin birgə istifadəsi haqqında sazişin müddətini daha 10 il uzadıblar. Müzakirələr zamanı səlahiyyətli iqtisadi operatorların (AEO) statusunun qarşılıqlı tanınması da təsdiqlənib.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar