Xəbər lenti
21/09/2026 [15:13]
Qızıl niyə ucuzlaşır?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

BMT-dəki çıxışının mətnini təyyarədə yazdı

Baxılıb: 967     Tarix: 22-09-2026 09:57   

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-yə işgüzar səfərə yola düşüb.

Qanunvehedef.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Səfər sentyabrın 22-dən 25-dək davam edəcək.

Səfər çərçivəsində Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının işində iştirak edəcək və onun yüksəksəviyyəli ümumi siyasi debatlarında çıxış edəcək.

Ermənistan Baş nazirinin həmçinin BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşəcəyi bildirilir.

O həmçinin sessiyada çıxışının mətnini təyyarədə yazdığını bildirib və buna dair görüntülər paylaşıb.

Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də işinə başlayıb. Dövlət və hökumət başçılarının iştirakı ilə ümumi siyasi debatlar isə sentyabrın 22-dən 28-dək davam edəcək.


Qanunvehedef.az





{sape_links}{sape_article}