Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Paşinyan: Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyirəm

Baxılıb: 965     Tarix: 23-09-2026 10:27   


“TRIPP layihəsinin işə başlaması ilə Ermənistan və onun iqtisadiyyatı üçün yeni dövr başlayacaq”.

Qanunvehedef.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-də illik “Konkordiya” sammitində çıxışı zamanı bildirib.

“Hazırda diqqəti TRIPP layihəsinin həyata keçirilməsinə yönəltmişik, bunun nəticəsində regional qarşılıqlı əlaqələr tam şəkildə təmin olunacaq. TRIPP ölkəmiz və iqtisadiyyatımız üçün yeni dövr açacaq, çünki hər şeydən əvvəl Azərbaycanla dəmir yolu əlaqəmiz yaranacaq”, - deyə Paşinyan qeyd edib.

O həmçinin vurğulayıb ki, Ermənistanın Türkiyə ilə sərhədin və bunun da çərçivəsində dəmir yolu əlaqəsinin açılmasını səbirsizliklə gözləyir.


Qanunvehedef.az





{sape_links}{sape_article}