Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycanla sülhün Rusiya ilə münasibətlərə təsirindən danışdı

Baxılıb: 995     Tarix: 24-09-2026 11:11   

“Ermənistan Rusiya ilə münasibətləri dərinləşdirmək niyyətindədir”.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “İzvestiya” nəşrinə açıqlamasında bildirib.

Paşinyan ölkəsinin balanslaşdırma siyasəti yürütdüyünü və xarici əlaqələri diversifikasiya etməyə çalışdığını deyib.

“Moskva ilə münasibətlərdə obyektiv dəyişikliklər baş verir. Azərbaycan və Ermənistan arasında sülh bərqərar olana qədər Rusiya ilə münasibətlər təhlükəsizlik məsələləri üzərində cəmləşmişdi, lakin indi onları transformasiya gözləyir”, - hökumət başçısı vurğulayıb.

Paşinyan ölkəsinin Rusiya ilə dostluq münasibətlərini yalnız transformasiya etmək deyil, həm də dərinləşdirmək niyyətində olduğunu diqqətə çatdırıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}