Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Azərbaycanla sülhü daha da gücləndirməliyik”

Baxılıb: 1015     Tarix: 25-09-2026 10:28   

“Azərbaycanla sülhü daha da gücləndirməli və institusionallaşdırmalıyıq”.

Qanunvehedef.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı deyib.

Paşinyan Azərbaycanla Ermənistan arasında münasibətlərin əsasını sülhün təşkil etməli olduğunu vurğulayıb.

“Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə sülhü daha da gücləndirmək və institusionallaşdırmaq üçün ardıcıl olaraq çalışmalıyıq”, - Paşinyan deyib.

Baş nazir ermənilər və azərbaycanlıların əsrlər boyu birgə yaşamaq təcrübəsinə malik olduğunu qeyd edib. Onun sözlərinə görə, əsas vəzifə bu təcrübəyə əsaslanaraq, qarşılıqlı ərazi bütövlüyü, suverenlik və siyasi müstəqilliyə hörmət əsasında dövlətlərarası münasibətlər qurmaqdır.

Paşinyan Ermənistanın mina təmizlənməsi sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirməyə və dərinləşdirməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, əldə olunan nəticələr tarix, mədəni irs və digər məsələlərlə bağlı münaqişə ritorikasından daha dəyərli olmalıdır.


Qanunvehedef.az





Son xəbərlər
{sape_links}{sape_article}