Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

Baxılıb: 953     Tarix: 25-09-2026 16:46   

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd edilib.

Bildirilib ki, Azərbaycan ərazisində yerləşən coğrafi və tarixi toponimlərin digər adlarla təqdim edilməsi qəbuledilməzdir:

"Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşıb. Eyni zamanda, Gürcüstan tərəfinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə eyni münasibət sərgiləməsi iki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin mühüm əsasını təşkil edir. Məhz bu baxımdan, Gürcüstan Patriarxlığının Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə münasibətdə ərazi iddialarını ehtiva edən yanaşması anlaşılan deyil".

Bəyanatda vurğulanıb ki, dini qurumların Azərbaycan və Gürcüstan xalqları arasında əsrlər boyu formalaşmış tarixi dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirə biləcək yanaşmalardan çəkinməsi vacibdir:

"Bununla əlaqədar, Gürcüstan Patriarxlığı tərəfindən Ermənistan kilsəsinin məlum yanaşmalarının təkrarlanması və onun yolu ilə gedilməsi məsləhət görülmür. Azərbaycan ərazisində mövcud olan bütün tarixi, mədəni və dini abidələr Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli irsinin ayrılmaz tərkib hissəsidir".


Qanunvehedef.az





{sape_links}{sape_article}