Xəbər lenti
28/09/2026 [10:18]
Almatıda zəlzələ oldu
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ələkbərov Rusiyanın bir ildə ən çox qazanan iş adamı oldu

Baxılıb: 936     Tarix: 28-09-2026 11:43   

2026-cı ildə Rusiyanın ən yüksək dividend ödənişlərinə malik 75 şirkətinin reytinqi açıqlanıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Məlumata görə, birinci yeri “Lukoyl” şirkətinin təsisçisi Vahid Ələkbərov tutub.

“Ələkbərovun xeyrinə ödənilən dividendlərin məbləği 106,2 milyard rubl təşkil edib. Dividendlərin mənbəyi “Lukoyl” şirkətidir. Reytinqdə ikinci yerdə “Novatek”in idarə heyətinin sədri Leonid Mixelson və ailəsi qərarlaşıb. Onların şirkətdən əldə etdiyi dividend gəliri 87,1 milyard rubl həcmində qiymətləndirilir. Mənbə isə “Novatek” və “Sibur” şirkətləridir. “Novatek” və “Sibur” şirkətlərinin direktorlar şurasının üzvü Gennadi Timçenko 71,5 milyard rubl dividendlə ilk üçlüyü tamamlayıb. Dividend mənbələri “Novatek” və “Sibur” şirkətləridir”.


Qanunvehedef.az





{sape_links}{sape_article}