Gürcüstanın müdafiə naziri Azərbaycandadır
Baxılıb: 1014 Tarix: 01-10-2026 10:32

Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Azərbaycanda səfərdədir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Çikovaninin Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcəyi bildirilir.
Səfər çərçivəsində Gürcüstanın müdafiə naziri həmçinin Bakı Ekspo Mərkəzində keçirilən VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisini (ADEX 2026) ziyarət edib.
Məlumata görə, Çikovaninin başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə müdafiə nazirinin müavini Davit Kupatadze və Gürcüstanın Müdafiə Qüvvələrinin komandanının müavini, general-mayor Zaza Çxaidze daxildir.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər



















