Xəbər lenti
01/10/2026 [15:08]
Zaqatalada zəlzələ oldu
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Zakir Həsənov Şuşada Yaşar Gülerlə görüşdü - Fotolar

Baxılıb: 994     Tarix: 02-10-2026 11:15   

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilən görüş zamanı iki ölkə arasında mövcud olan qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin hərbi sahə də daxil olmaqla, bütün istiqamətlərdə dinamik inkişaf etdiyi qeyd olunub.

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın miqyasının genişləndirilməsinin dövlət rəhbərlərinin daimi nəzarətində olduğu xüsusilə diqqətə çatdırılıb.

Müdafiə nazirləri hərbi qulluqçularımızın iştirakı ilə keçirilən “Birliyin Gücü-2026” birgə hərbi təliminin və bu cür görüşlərin əhəmiyyətini vurğulayaraq, tərəfdaşlığımızın gələcəkdə də müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliklərini bildiriblər.

İkitərəfli görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq məsələləri, eləcə də regional təhlükəsizlik və bölgədə dayanıqlı sülhün təmin olunması yolları müzakirə edilib.



Qanunvehedef.az




{sape_links}{sape_article}