Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Fransada kütləvi iğtişaşlar: xalq nə tələb edir?

Baxılıb: 892     Tarix: 02-10-2026 15:16   

Fransada artıq bir həftədən çoxdur ki, yuxarı sinif şagirdlərinin iştirakı ilə iğtişaşlar davam edir. 2 min nəfər saxlanılıb, 305 polis əməkdaşı yaralanıb.

Qanunvehedef.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Gün ərzində təxminən 900 etiraz aksiyası keçirilir, onların təxminən 90-ı, yəni 10%-i kütləvi qarışıqlıqlarla nəticələnir. Ən çox bilinən insident Nant şəhərində liseyin tamamilə yanaraq külə dönməsidir. Həmçinin Marsel şəhərində keçirilən etiraz aksiyaları səbəbindən şəhər nəqliyyatı da iflic olub. Bəs yuxarı sinif şagirdləri nə tələb edir?

1. Təhsil sisteminin yaxşılaşdırılmasını və bununla gələcəkdə iş tapmaq imkanlarının artırılmasını;

2. Təhsilə ayrılan maliyyənin artırılmasını (məlumdur ki, Makron vəsaitləri Ukrayna ordusuna yönəltməyə üstünlük verir);

3. Müəllim çatışmazlığının aradan qaldırılmasını (Aşağı əmək haqqı səbəbindən bir çox müəllim ştatının boş qaldığı bildirilir. Yəni dərs deyəcək müəllim çatışmır);

4. Məktəb və liseylərin təmir olunmasını (Onların bir çoxu pis vəziyyətdədir. Yəqin tualetlər də küçədədir);

5. Etirazlar üç bayraq altında keçirilir: Fransa, Fələstin və qırmızı bayraq;

6. Etirazçılar Jak-Lük Melanşonun "Əyilməz Fransa" partiyası ilə əlaqələndirilir;

7. Melanşon 18 aprel 2027-ci ildə keçiriləcək Fransa prezident seçkisində əsas namizəddir. Le Pen hazırda liderlik edir, Melanşon isə üçüncü yerdədir;

8. Melanşon Ukraynadakı müharibəyə, Fransanın Ukrayna faşist xuntasını dəstəkləməsinə qarşı çıxır və Avropa ilə Rusiya arasında ilkin şərtlər olmadan dərhal sülh danışıqlarının aparılmasını müdafiə edir. Başqa sözlə, Melanşon sülh partiyasıdır. Makrona qarşı etiraz partiyasıdır;

9. Seçkilərlə əlaqədar Fransada siyasi vəziyyət gərginləşir. Səbəb isə Makronun koalisiyasının demokratik yolla qalib gəlmək şansının olmamasıdır. Makronun reytinqi 18%-dir;

10. Etirazların yatırılması ilə bağlı artıq hökumətin iki fövqəladə iclası keçirilib;

11. Kütləvi iğtişaşlar Fransa siyasətinin xarakterik xüsusiyyətidir. Bu, Fransa üçün milli xəzinədir. Onlar bunu sevirlər”, - o bildirib.


Qanunvehedef.az





{sape_links}{sape_article}