Xarici işlər naziri Türkmənistana getdi
Baxılıb: 986 Tarix: 07-10-2026 11:08

Xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb.
Qanunvehedef.az xəbər verir ki, səfər çərçivəsində nazirin Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında və Mərkəzi Asiya dövlətləri və Azərbaycan Respublikasının xarici işlər nazirlərinin müşavirəsində iştirakı və çıxışları nəzərdə tutulub.
Bununla yanaşı, XİN rəhbərinin yüksəksəviyyəli görüşlərinin keçirilməsi gözlənilir.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər



















