Sanksiyalar İrana xeyir verə bilərmi? – Açıqlama
Baxılıb: 629 Tarix: 07-11-2018 14:00
İrana qarşı ABŞ sanksiyalarının ikinci mərhələsi qüvvəyə mindi. Sanksiyalar ilkin mərhələdə İranın xaricə neft satışını gündəlik 1 milyon barrel azaldacaq. Bu da indiki qiymətlərlə aylıq 2 milyard dollar zərər deməkdir. Maraqlıdır, neft sanksiyaları İran iqtisadiyyatının neftdən asılılığını azalda bilərmi?
Məsələ ilə bağlı Qanunvehedef.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, bu, çətin məsələdir:
“Çünki İrana qarşı bu, ilk sanksiya deyil. İran son 39 ilin müxtəlif dövrlərini fərqli formalarda və mərhələlərdə sanksiyalarla üzbəüz keçirib. Bu da yeni texnologiyalara çıxış imkanlarını həddindən artıq məhdudlaşdırıb. Doğrudur, İranın neftdən asılılığı çox faciəvi formada olmasa da, kifayət qədər yüksək səviyyədədir. Ölkə iqtisadiyyatının təqribən yarısına yaxınını (təqribən 40%) neft-qaz sektoru təşkil edir. Ona görə də onu əvəzləyəcək sektorların inkişafı üçün zamana, ciddi inkişaf üçün isə yeni texnologiyalara ehtiyac var. Sanksiyalar isə yeni texnologiyaların da qarşısını alan əsas maneəyə çevrilib. Çünki İranın özünün birbaşa yeni texnologiyalara çıxış imkanları kifayət qədər məhduddur”.
İqtisadçı qeyd edib ki, sanksiyaların aradan qalxması ilə bağlı 2016-cı ildə müqavilə imzalanarkən bu problemin xarici investorlar vasitəsi ilə bu aradan qalxacağına ümid var idi:
“Bu zaman xarici investorların yenidən İrana qayıdacağı güman edilirdi. Bununla da yeni texnologiyaların İran iqtisadiyyatına tətbiqinə başlanılacaqdı. İranla Almaniya, Fransa, İtaliya şirkətləri artıq müqavilələr də bağlamışdı. Amma Trampın prezident seçilməsi ABŞ-ın İrana qarşı mövqeyini yenidən dəyişdi. ABŞ-ın İranla nüvə sazişindən çıxması və sanksiyaların qoyulması həmin şirkətlərin yatırımlarının sıfırlanmasına səbəb oldu. Yəni bu məsələyə, nə qədər çalışsaq da, pozitiv yöndən baxmaq çətindir. Çünki sanksiyalar həm maliyyə itkilərinə səbəb olur, həm də texnoloji dəyişimə çıxış imkanlarını məhdudlaşdırır. Digər tərəfdən sanksiyalar təkcə neft sektoruna aid deyil. Bank sektorundan tutmuş, istehsal daşımacılıq və digər sahələrə də bu sanksiyalar şamil olunur”.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban də sanksiyaların müsbət tərəflərinin istisna olduğunu deyib:
“İran iqtisadiyyatının bu sanksiyalardan sonra neftdən asılılğını azaldacağı inandırıcı görünmür. Çünki islam inqilabından sonra İranda hər hansı texnoloji yenilik müşahidə edilməyib. İranda istər istehsal, istər emal sənayesi, istərsə də digər sahələrdə əvvəllər nə olubsa, onun modernizasiyası həyata keçirilib. Ona görə də İranda qeyri-neft sektorunun inkişafı onların ölkəsinin sahəsi və əhalisinin sayı baxımından həddən artıq zəifdir. Yəni onlar hər hansı texnoloji silaha malik deyil”.
İ.Şaban qeyd edib ki, Türkiyə və İran demək olar ki, əhalisinin sayına görə bərabərdir:
“Türkiyə ilə İranı müqayisə edək. İrandan fərqli olaraq, Türkiyə heç bir enerji resurslarına malik deyil. Amma Türkiyənin ÜDM-si 800 milyard dollardır, İranın ÜDM isə bundan 2 dəfə aşağıdır”.
İ.Şaban bu sanksiyaların əvvəlkilərdən fərqinə də münasibət bildirib:
“ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaların bütün detallarını açıqladı. Bu sanksiyalar nəqliyyat, maliyyə sistemi, İranla ticarət əlaqələrinə malik bütün şirkətlərə və bir çox digər sahələrə aid ediləcək. Əvvəlki sanksiyalar dövründə isə təkcə İran şirkətlərinə sanksiyalar tətbiq olunurdu. Bu, daha gücləndirilmiş sanksiyadır. Təqribən 6 ay sonra sanksiyaların təsirləri İranda hiss olunacaq. Necə ki, Rusiyaya qarşı sanksiyalar 2014-cü ilin avqustunda qüvvəyə minmişdisə, Rusiyada bunun simptomları 2015-ci ildən hiss olunmağa başladı. Nəzərdən qaçırmayaq ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar İranla müqayisədə çox yüngül idi. Ancaq artıq Rusiya iqtisadiyyatı bunun bütün ağrı-acısını görməyə başlayıb. İranda da mərhələ-mərhələ bu sanksiyalar öz təsirini göstərəcək”.

Ən çox oxunanlar
Son xəbərlər