Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Əliyev və Putinin Piterdə Qarabağ müzakirəsi...

Baxılıb: 490     Tarix: 08-12-2018 14:47   

MDB dövlət başçılarının Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ məsələsinin müzakirəsi müsbət haldır və Rusiyanın problemin həllində, status-kvonun dəyişdirilməsində maraqlı olduğunu göstərir.
Bunu Qanunvehedef.az-a MDB dövlət başçılarının Sankt-Peterburq görüşünü şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Sankt-Peterburq görüşündə Qarabağla bağlı danışıqlar prosesinə Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın da daxil olması məsələnin kifayət qədər ciddi bir müstəvidə müzakirə edilməsindən xəbər verir:
“Tərəflər təmas xəttində atəşkəsin qorunması barədə Düşənbədə əldə edilmiş şifahi razılaşmanı bir daha vurğulayıblar. Söhbət əsnasında qeyd olunub ki, atəşkəs rejiminin möhkəmləndirilməsi əsla münaqişənin dondurulması və ya status-kvonun saxlanması anlamına gəlməməlidir. Bu o deməkdir ki, Rusiya danışıqlar prosesinin intensivləşməsinin tərəfdarıdır. Çünki Moskva danışıqlar prosesində və problemin həllində aparıcı rolunu itirmək istəmir. Məhz bu səbəbdən Rusiya hər iki tərəfi danışıqlar prosesində daha fəal iştiraka etməyə çağırır”.
Politoloq bu kontekstdə yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün irəliyə doğru adım olacağını bildirib:
“Belə ki, tərəflər Nyu York və Milan görüşündən sonra daha ciddi məsələlərin müzakirəsinə başlayacaqlar. Doğrudur, İrəvanın mövqeyi hələ də kifayət qədər formalaşmış deyil və tərəddüdlüdür. Çünki konstruktiv danışıqlara can atma hiss olunmur, lüzumsuz və mənasız qarşılıqlı kompromislərdən bəhs edilir. Azərbaycanın kompromis limiti çoxdan bitib, hər şey Ermənistanın danışıqlar prosesində tutacağı mövqedən asılıdır. Qarabağla bağlı müzakirələrin yeni mərhələsi o zaman səmərəli nəticə verəcək ki, danışıqlar prosesi beynəlxalq hüquq normalarına uyğun aparılacaq və Azərbaycanın ərazi bütövlüyü məsələsi mübahisə obyekti olmayacaq. Azərbaycanın Dağlıq Qarabağa öz ərazi bütövlüyü çərçivəsində təklif etdiyi status Bakının danışıqlarda kifayət qədər konstruktiv mövqe tutduğunun əyani nümayişidir. İndi seçim Ermənistanındır. Hadisələrin necə cərəyan edəcəyi İrəvanın bundan sonra problemə yaxınlaşmasından xeyli asılı olacaq”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar