Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bakıya 2 milyard avro ayrıldı: hara və necə xərclənəcək?

Baxılıb: 397     Tarix: 23-01-2019 11:50   
Xəbər verdiyimiz kimi, Avropa Birliyi Dünya Bankı ilə birgə Şərq Tərəfdaşlığı ölkələrinə infrastruktur layihələri çərçivəsində təxminən 13 milyard avro ayırmaq haqqında qərar qəbul edib. Layihə çərçivəsində üçüncü ən böyük vəsait Azərbaycana ayrılıb – 2 milyard 78 milyon avro. Ayrılan vəsait nəzərdə tutulan infrastrukturların inkişafına necə təsir edəcək?
Məsələ ilə bağlı Qanunvehedef.az-a danışan iqtisadçı alim Vüqar Bayramov bildirib ki, Avropa Birliyinin Azərbaycana vəsait ayırması ölkəmizdə infrastrukturun inkişafı baxımından çox vacibdir:
“Ayrılan vəsait infrastrukturun inkişafı üçün istifadə olunacaq. Təbii ki, Avropa Birliyi və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi bu kontekstdən təqdirəlayiqdir. Çünki bu, bir tərəfdən ölkəyə valyutanın daxil olması, digər tərəfdən isə yeni iş yerlərinin yaradılması baxımından önəmlidir. Bu, həmçinin məşğulluğun təmin edilməsinə də müsbət təsir göstərəcək. Burada söhbət birmənalı şəkildə qeyri-neft sektorunda məşğulluğun təmin edilməsinin müsbət təsirlərindən gedir”.
İqtisadçının sözlərinə görə, bu qərar əsasən Azərbaycan-Avropa münasibətləri baxımından çox vacibdir:
“Bildiyiniz kimi, Azərbaycan Avropanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsi 15 milyard dollardır. Onun 11,2 milyard dolları Azərbaycanın payına düşür. Burada Gürcüstanın payı 2,7, Ermənistanın payı isə 1,1 milyard dollar təşkil edir. Azərbaycan Avropa Birliyi üçün bölgədə əsas ticarət tərəfdaşı olmaqla yanaşı, həm də enerji təhlükəsizliyinin formalaşmasında əsas tərəfdaşlardan biridir. Xüsusilə yeni vəsaitin ayrılması iki tərəf arasında əməkdaşlığın gücləndirilməsinə və ölkələrin birgə iqtisadi layihələr həyata keçirməsi üçün bir baza formalaşdırmasına kömək edəcək”.
İqtisadçı ekspert Rəşad Həsənov isə vurğulayıb ki, Şərq Tərəfdaşlığı proqramına daxil olan 6 ölkə hazırda Avropa Birliyinin maraq dairəsindədir:
“Xüsusilə də növbəti dövrlərdə bu ölkələrdə Avropa Birliyinin iqtisadi maraqlarının təmin edilməsi və qlobal iqtisadiyyata inteqrasiyası üçün davamlı olaraq texniki, siyasi, iqtisadi sahələrdə maliyyə dəstəyi təmin edilərək müxtəlif layihələr həyata keçirilir. Dünya Bankı ilə birgə növbəti 11 il ərzində maliyyələşdirilməsi nəzərdə tutulan 13 milyard avronun xərclənmə istiqamətlərinə baxsaq, burada əsas hədəfin yol infrastrukturunun təkmilləşdirilməsi olduğunu görərik. Böyük ehtimalla məqsəd Avropa Birliyi-Asiya arasında növbəti dövrlərdə hədəflənən ticarət əlaqələrinin genişləndirilməsi üçün infrastrukturun müasir tələblərə uyğunlaşdırılmasıdır”.
İqtisadçının sözlərinə görə, vəsaitləri ayrıldığı istiqamətlər baxımından qiymətləndirsək, kifayət qədər perspektivli layihələr üçün nəzərdə tutulduğunu aydın görmək olar:
“Burada xüsusilə Ələt Azad İqtisadi Zonasını qeyd etmək yerinə düşərdi. Çünki Azərbaycan iqtisadiyyatının növbəti dövrlərdə müasir tələblərə uyğunlaşdırılması və xarici investisiyanın ölkəyə cəlbi baxımından Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti kifayət qədər böyükdür. Buradakı layihələrin maliyyələşdirilməsi prosesin daha da sürətlənməsinə gətirib çıxaracaq”.
İqtisadçı vurğulayıb ki, xarici mənbələr hesabına maliyyələşmənin həyata keçirilməsinin digər müsbət tərəfləri də var:
“Ölkə iqtisadiyyatına müxtəlif maliyyə mənbələrindən investisiya qoyuluşları üçün imkan yaranacaq. Digər tərəfdən, Azərbaycanın tranzit imkanlarının daha da genişlənməsinə və bu sahədən ölkənin gəlirlərinin artmasına gətirib çıxaracaq. Bununla yanaşı, ölkənin regional iqtisadi əhəmiyyətini artırmaq və gələcəkdə Avropa Birliyi kimi iqtisadi güclə əməkdaşlığının, ticarət əlaqələrinin də genişlənməsinə şərait yaranır”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər