Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bəzi rus şərhçilərin Qarabağ “narahatlığı”: Nə baş verir?

Baxılıb: 409     Tarix: 30-01-2019 15:40   
Qarabağ məsələsi ilə bağlı son qərarı Azərbaycan və Ermənistan rəhbərləri verəcək.
Bu sözləri Qanunvehedef.az son günlər xarici, xüsusən də rusiyalı ekspertlər səviyyəsində Qarabağ probleminin həllinə dair müzakirələri şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspertin fikrincə, məsələnin həlli yönündə irəli sürülən ehtimallar ictimaiyyəti hansısa sənədin imzalanacağına hazırlamaqdan çox, çaşdırmaq məqsədi daşıyır:
“Qarabağ məsələsi ilə bağlı son qərarı danışıqlar prosesinin əsas tərəfləri - Azərbaycan və Ermənistan rəhbərləri verəcək. Rus və xarici politoloqlar isə sadəcə ehtimallar irəli sürərək sanki gündəmi müəyyənləşdirməyə cəhd edirlər. Çünki məsələnin həlli qərarının verilməsi daha çox şərtlərə bağlıdır. Danışıqlar prosesi isə hələ yeni başlayıb. Ermənistan rəhbərliyinin yanaşması köhnə hakimiyyətinkindən fərqlənir. Bəli, indiki Ermənistan hakimiyyəti danışıqlar prosesinə yeni çalarlar gətirib və burada müxtəlif nüanslar var. Danışıqlar prosesində də məhz bunlar müzakirə olunur. Bu, işlək prosesdir. Ümumiyyətlə, nə verilən siyasi açıqlamalarda, nə də danışıqlar prosesində problemin yaxın vaxtlarda həllinə dair köklü dönüş əlaməti səciyyələnir. Keçmişdə də xalqların sülhə hazırlanması və ya atəşkəsin möhkəmləndirilməsi kimi oxşar razılaşmalar əldə olunub, ancaq sonradan ermənilər tərəfindən pozulub”.
Politoloq xüsusilə də “Reqnum” agentliyinin baş redaktoru Modest Kolerovun İrəvanı “tələsməməyə” səsləməsinə diqqət çəkib:
“Kolerov və onun yaxın ətrafı danışıqlar prosesinin gedişatından və əldə edilən müsbət elementlərdən narahatdır. Onlar illərlə Azərbaycanla Ermənistanın arasındakı konflikti dərinləşdirmək işi ilə görəvləndiriliblər və antiazərbaycan mövqedən çıxış ediblər. Bəs necə oldu ki, onlar fikirlərini cəmi bir neçə aya dəyişdilər? Düzdür, Ermənistandakı hakimiyyət dəyişikliyi bu imkanı onlara tanıyır. Ancaq bu demək deyil ki, onlar Azərbaycanın təəssübkeşi olublar. Əsla! Bu şəxslər münaqişə üzərindən özlərinə infrastruktur qurublar və buradan da yaxşı qazanırlar. Müəyyən dairələr və erməni diasporu onlara külli miqdarda pul ötürür. Problemin həllində real dəyişikliklər isə onların resurslarının gərəklilik səviyyəsini heçə endirə bilər. Ona görə də Kolerov kimiləri durmadan erməni cəmiyyətini təşvişdə saxlamağa və bundan Paşinyana qarşı istifadə etməyə çalışır. Bunu isə Qarabağ klanının əli ilə edirlər. Problemin həlli ilə bağlı hazırda müxtəlif informasiyaları ötürməklə Ermənistanı təslimçi mövqedə dayanmaqda və Paşinyanı Qarabağ problemini boynundan atmaq istəməkdə ittiham edirlər. Bütün bunlar isə birbaşa Qarabağ klanının əlini gücləndirir və sevmədikləri Paşinyana təsir vasitəsidir”.
Rusiyanın baxışına gəlincə, politoloq ümumiyyətlə Moskvanın vəziyyətə nəzarət etmək niyyətində olduğunu düşünür:
“Bəli, Rusiya prosesin müəyyən dərəcədə ölü nöqtədən tərpənməsini istəyir. Ancaq Moskva danışıqlar prosesində əldə olunacaq razılaşmaların onun xeyrinə də olmasına çalışır. 20 il bundan öncəki reallıqlar indikilərlə üst-üstə düşmür. Rusiya regionda bütün kommunikasiyaların açılmasını və rus mallarının quru yolla Türkiyə və İrana getməsini istəyir. Ermənistanın aqibəti isə yalnız Yuxarı Larsdan asılı vəziyyətdədir. Rusiya Azərbaycan vasitəsilə Ermənistana yolların açılmasının əleyhinə deyil. Bunun üçün ermənilər heç olmasa, Qarabağətrafı torpaqları boşaltmalıdır. Ruslar bunu anlayırlar və ona görə də 5 rayonun Azərbaycana qaytarılmasını təklif edirlər. Sadəcə olaraq Lavrov və komandası bunu boyunlarına almırlar, çünki bu fakt Ermənistanın daxili siyasi proseslərində Rusiyanın əleyhinə işləyə bilər”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər