Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Moskvanın Qarabağ açıqlaması: yenə Paşinyana “vaxt verdi”

Baxılıb: 550     Tarix: 20-02-2019 15:00   
Slovakiya keçmiş “təcrübədən” çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin həllində ümidli deyil.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri ATƏT-in hazırkı sədri, Slovakiyanın Xarici İşlər və Avropa məsələləri üzrə naziri Miroslav Layçakın fevralın 19-da Moskvada rusiyalı həmkarı ilə görüşünü şərh edən politoloq Elxan Şahinoğlu deyib.
“Slovakiyalı nazir bütün imkanlardan istifadə edərək Qarabağ məsələsinin həllinə müsbət impulslar verməyə çalışacaqlarını bildirib. ATƏT-in hazırkı sədri çox ehtiyatlı ifadə işlədib. Bu anlaşılandır. Çünki ATƏT 25 ildən çoxdur Qarabağ məsələsinin həlli ilə məşğul olur, ancaq heç bir irəriləyiş yoxdur. Slovakiyadan əvvəl ATƏT-ə müxtəlif ölkələr, o cümlədən İtaliya, Qazaxıstan və Almaniya sədrlik ediblər. Bu dövlətlərin xarici işlər nazirləri də problemin həllinə çalışacaqlarını bildirsələr də, nəticə yoxdur. Almaniyanın keçmiş xarici işlər naziri 2016-cı ildə bir neçə bəndlik həll planı hazırladığını açıqlamışdı. Ancaq nə o plan açıqlandı, nə də həll yolu tapıldı. Ona görə də Slovakiya keçmiş “təcrübədən” çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin həllində ümidli deyil”, - o bildirib.
Politoloq konfransda Lavrovun tərəflər arasında yeni görüşlərin hazırlanmasına dair fikirlərinə də diqqət çəkib:
“Görünür, həmsədrlər Azərbaycan və Ermənistan rəsmiləri arasında yeni görüş hazırlayırlar. Yəqin ilkin olaraq Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərini görüşdürməyi planlaşdırırlar. Bundan sonra isə Azərbaycan və Ermənistanın rəhbərlərinin görüşü hazırlanacaq. Bunun anonsu Münhen konfransında verilsə də, nəticə olmadı. Bunun da səbəbi danışıqlarda predmetli müzakirənin getməməsi ilə bağlıdır. Görüşlərdə söylənilən təkrar fikirlərin xeyri yoxdur. Bundan başqa, Paşinyan rəsmi Bakıya Dağlıq Qarabağ separatçıları ilə danışıqlar aparmağı məsləhət görür. Rəsmi Bakı bunu qəbul etməyəcək. Məhz bu, nazirlərin Münhen görüşünə mane oldu”.
Siyasi şərhçi Lavrovun “tərəflər birbaşa dialoq apararaq münaqişənin həllinə özləri qərar verməlidirlər” fikirlərinə də münasibət bildirib:
“Bu ondan xəbər verir ki, Moskva münaqişənin həlli məqsədilə Ermənistan hakimiyyətinə təsir etmək istəmir. Lavrov son zamanlar onu da bildirir ki, Ermənistanda yeni hakimiyyət formalaşıb və danışıqlar prosesini dərinləşdirmək üçün İrəvana vaxt lazımdır. Başqa sözlə, Moskva Paşinyana loyal münasibətini ortaya qoyur”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər