Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - Video

Baxılıb: 9612     Tarix: 12-09-2026 12:14   

“Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım”.

Qanunvehedef.az xəbər verir ki, bu sözləri ASAN TV-yə müsahibəsində “Qarabağ”ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib.

Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumçu həyatından, gələcək hədəflərindən və arzularından söz açıb: “Bakıda doğulmuşam, Bayıl uşağıyam. Azərbaycan himnini əzbər bilirəm. İstəyirəm ki, PSJ, “Barselona”, “Real”da oynayan ilk azərbaycanlı mən olum”.

Ceyms Eziasi atasının da futbolçu olduğunu vurğulayıb: “Hazırda “Qarabağ”ın U-14 komandasının hücumçusuyam. Futbol mənim üçün hər şeydir. Atam da futbolçu olub. Yəqin ki, bu da mənə qandan keçib. Özümü futbolsuz təsəvvür etmirəm. Hətta yuxuda da futbol görürəm. Görürəm ki, PSJ-də oynayan ilk azərbaycanlı mənəm. Ən sevdiyim futbolçular isə Kilian Mbappe və Vinisius Juniordur. Həqiqətən də qol vuranda çox sevinirəm. Elə oyunlar olur ki, 2, 4 qol vururam”.

O bildirib ki, “Qarabağ”ın əsas komandasında çıxış etməyi hədəfləyib: “Qurban Qurbanovu çox bəyənirəm. Mənim üçün o, çox yaxşı baş məşqçidir. Çalışıram ki, daha yaxşı oynayım, “Qarabağ”ın əsas heyətinə düşüm. Qurban Qurbanov mənim məşqçim olsun. Ən böyük arzum isə Azərbaycan millisində oynamaqdır”.

Ceyms Eziasi Azərbaycan, rus və ingilis dillərini bildiyini də söyləyib.

Ceyms qeyd edib ki, “Qarabağ”ın U-14 kollektivində komanda yoldaşları ilə isti münasibət saxlayır: “Komanda yoldaşlarımızla mehribanıq. Bir-birimizi çox istəyirik. Biz mehriban olmasaq, heç bir oyunda qələbə qazana bilmərik”


 


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar